SON XƏBƏRLƏR

Amerika İranda iki şəxsə və bir şirkətə qarşı sanksiyalar tətbiq etdi

2025.05.13, 09:36
Amerika İranda iki şəxsə və bir şirkətə qarşı sanksiyalar tətbiq etdi

Amerika, Vaşinqton və Tehran arasında İranın nüvə problemi ilə bağlı dolayı danışıqların davam etməsinə baxmayaraq, İrana qarşı sanksiyaları genişləndirib.

Gunaz.tv

Bu barədə Amerika dövlət katibi Marko Rubio bəyanat verib.

"Dövlət Departamenti İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı ilə əlaqəli üç İran vətəndaşına və bir İran təşkilatına qarşı sanksiyalar tətbiq edir. Bu təşkilat fars dilində SPND abreviaturası ilə tanınır və 2004-cü ilə qədər İranın nüvə silahı yaratma proqramının, həmçinin Amad layihəsi kimi tanınan proqramın varisidir", - Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, sanksiyalara məruz qalan hər kəs "kütləvi qırğın silahlarının yayılmasına töhfə verən və ya töhfə vermək riski daşıyan fəaliyyətlərdə iştirak edir".

"Amerikanın hərəkətləri SPND-nin nüvə silahı üzrə tədqiqat və inkişaf qabiliyyətini ləngitmək və zəiflətməyə yönəlib", - bəyanatda vurğulanır.

Rubioya görə, Amerika hazırkı sanksiyalarla İranın nüvə silahı əldə etməsini qabaqlamaq niyyətindədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar