SON XƏBƏRLƏR

KİV: Aİ Rusiyaya qarşı sanksiyalar üçün Türkiyədəki danışıqları gözləyir

2025.05.13, 11:26
KİV: Aİ Rusiyaya qarşı sanksiyalar üçün Türkiyədəki danışıqları gözləyir

Avropa ölkələri Amerikadan yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna ilə bağlı mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb.

Mənbələrin sözlərinə görə, 12 mayda Amerika Avropa rəsmilərini Rusiya və Ukraynaya Ankarada birbaşa danışıqlar aparmaq imkanı yaratmaq niyyəti barədə məlumatlandırıb.

Məhz bu danışıqlardan sonra Moskvaya qarşı təzyiqin artırılması məsələsi gündəmə gətiriləcək.

Əgər Vladimir Putin Volodimir Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya dərhal, qeyd-şərtsiz atəşkəslə razılaşmazsa, Avropa liderləri Amerika Prezidenti Donald Trampı yenidən məhdudlaşdırıcı tədbirlər görməyə çağırmaq niyyətindədirlər.

Lakin məlumatlara görə, Amerika administrasiyası hələlik Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı yekun qərar qəbul etməyib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar