SON XƏBƏRLƏR

"Biz Ərdoğanla Suriya məsələsi il bağlı işləyirik" - Tramp

2025.05.13, 11:48
"Biz Ərdoğanla Suriya məsələsi il bağlı işləyirik" - Tramp

Amerika Prezidenti Donald Tramp Suriya məsələsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla işləməyə hazır olduğunu bildirib.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz onunla (Türkiyə Prezidentini nəzərdə tutur - red.), o cümlədən Suriya məsələsi il bağlı işləyirik. Yeri gəlmişkən, sanksiyalarla bağlı qərar verməliyik və bunu xeyli yumşalda bilərik. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara hər şeyi yenidən başlamaq imkanı vermək istəyirik”, - Tramp deyib.

O vurğulayıb ki, Ərdoğan artıq ondan Suriyaya qarşı sanksiyaların ləğvinin mümkünlüyü barədə soruşub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar