SON XƏBƏRLƏR

Tramp Səudiyyə Ərəbistanına səfər etdi

2025.05.13, 12:03
Tramp Səudiyyə Ərəbistanına səfər etdi

Amerika Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.

Səudiyyə Ərəbistanının hava məkanında Trampın təyyarəsini üç “F-15” qırıcısı müşayiət edib. Onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə görüşəcəyi gözlənilir.

Tramp Yaxın Şərq turnesi çərçivəsində çərşənbə günü Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcək.

Amerika mətbuatı xatırladır ki, bu, Trampın ikinci prezidentlik müddətində ilk böyük xarici səfəridir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar