SON XƏBƏRLƏR

HƏMAS girovluğundan azad olan şəxs Trampla danışdı

2025.05.13, 12:52
HƏMAS girovluğundan azad olan şəxs Trampla danışdı

Amerikanın xüsusi elçisi Stiv Vitkof və azad edilmiş Amerika əsilli İsrailli girov Edan Aleksandr bu səhər Tel-Əviv "Sourasky" Tibb Mərkəzindən Amerika Prezidenti Donald Trampla telefonla danışıb.

Gunaz.tv

"HƏMAS girovluğundan azad edilən Aleksandr Amerika Prezidenti Donald Tramp ilə danışmaq fürsəti əldə etdi. Biz hər bir girovu evə gətirməyə sadiq qalırıq", - Stiv Vitkof X-də paylaşım edərək bildirib.

"Bu gün Edan Aleksandrla görüşməkdən şərəf duydum. Aylarla əsirlikdə qalmasına baxmayaraq dünya onun göstərdiyi cəsarəti və möhkəmliyindən ilham alır. Onun qayıdışı çoxlarına ümid verir", - Vitkof əlavə edib.

Ynet hesabatına görə, Vitkof Edan Aleksandr ilə İsrailin baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığına da vasitəçilik edib. Baş Nazirlik Aparatı Ynet-in hesabatına reaksiya bildirməyib.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar