SON XƏBƏRLƏR

Pakistan: Hindistanla gərginlikdə nüvə silahı gündəmimizdə olmayıb

2025.05.13, 13:12
Pakistan: Hindistanla gərginlikdə nüvə silahı gündəmimizdə olmayıb

Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, Hindistanla münaqişə zamanı Yeni Dehli hökumətinə qarşı nüvə silahından istifadə variantı gündəmdə olmayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, İshaq Dar CNN-ə verdiyi müsahibədə Hindistanla toqquşmalar, əldə edilən atəşkəs və bir sıra digər məsələ ilə bağlı qiymətləndirmələr edib.

Pakistanın "özünü müdafiə etmək üçün Hindistanın hücumlarına cavab verməkdən başqa çarəsi olmadığını" ifadə edən Dar, Hindistan hakimiyyətini gərginliyi artırmaqda günahlandırdı. Dar qeyd etdi ki, bölgədəki gərginliyə baxmayaraq, qarşıdurma zamanı nüvə silahından istifadə mübarizə variantı kimi dəyərləndirilməyib.

Dar atəşkəsdən sonra tərəflərin müzakirə etməli olduğu önəmli məsələlərin olduğunu və iki ölkə rəsmilərinin hələ də birbaşa təmasda olmadığını qeyd edib.

Dar, Cammu və Kəşmir üçün "öz müqəddəratını təyin etmə" çağırışı edərək, bunun qeyri-sabitliyin əsas səbəbi olduğunu söyləyib. Xarici işlər naziri bütün formalarda terroru pislədi və su probleminin həll edilməməsinin atəşkəsi təhdid edə biləcəyi barədə xəbərdarlıq edib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar