SON XƏBƏRLƏR

Zənganda qaçaqmalçılardan 66 tarixi əsər götürüldü

2025.05.13, 13:49
Zənganda qaçaqmalçılardan 66 tarixi əsər götürüldü

Zəngan əyalətində qanunsuz qazıntı aparan tarixi əsər qaçaqmalçılarından dəmir dövrünə aid saxsı qablar, süngülər, ox ucları, tunc əşyalar da daxil olmaqla 66 ədəd tarixi əşya aşkar edilərək götürülüb.

Gunaz.tv

Bu barədə əyalətin Mədəni İrs Baş İdarəsinin mühafizə bölməsinin komandiri Nasir Həbibian məlumat verib.

O, 4 tarixi əsər qaçaqmalçısının saxlanılaraq məhkəmə orqanlarına təhvil verildiklərini bildirib.

Qeyd edək ki, Zəngan əyalətində 2 min tarixi əsər müəyyən edilib, onlardan bəziləri milli əsərlər siyahısında qeydə alınıb.

Tarixi abidələr və məkanların qorunması üçün yetərli tədbirlər görünlmədiyi səbəbindən bu yerlər daxili və yerli qaçaqmalçıların hədəfinə çevrilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar