SON XƏBƏRLƏR

Mühacirani Xəzər dənizini "Kaspi" adlandırdı

2025.05.14, 15:33
Mühacirani Xəzər dənizini "Kaspi" adlandırdı

İran hökumətinin sözçüsü Faimə Mühacirani Xəzər dənizini "Kaspi" adlandırıb.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında qeyd edib.

"Bu həftə media nümayəndələri ilə həftəlik görüşümüzü Kaspi limanı və Ənzəli azad məntəqəsində keçirəcəyik",- Mühacirani yazıb.

Qeyd edək ki, Xəzər dənizi ingiliscə "Kaspian" adlandırılsa da, İranda əsasən ingiliscə adlardan istifadə olunmur.

"Mazandaran dənizi" sözününü isə Azərbaycanın etirazına səbəb olduğuna görə, Mühacirani "Kaspian" dənizi ifadəsinə üstünlük verib. 

Bu məsələ bundan əvvəl Heydər Əliyevin 2010-cu il iyunun 10-da İrana səfəri zamanı İran Prezidenti Məhəmməd Xatəmi ilə birgə keçirdiyi mətbuat konfransında da mübahisəyə səbəb olub.

Mərhum Prezident iranlı jurnalistin Xəzər dənizini "Mazandaran" adlandırmasına etiraz edib, ona bir daha belə səhvə yol verməməyi tövsiyə etmişdi:

"Hörmətli jurnalist, siz sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində «Mazandaran» gölü adında göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən hələ onu tanımıram, xahiş edirəm mənə tanıdasınız."

Heydər Əliyevin qəzəbləndiyini görən Seyid Məhəmməd Xatəmi: Cənab müxbir də bundan sonra «Kaspian si» deyəcəkdir.

Heydər Əliyev: Necə yəni bundan sonra deyəcək, elə «Kaspian si»dir. Xəzər dənizi Kürreyi-ərz yaranandan mühüm dənizlərdən biridir və onun adı Xəzərdir. 300–400 il bundan öncəki xəritələri götürsəniz, orada Xəzər dənizi –ağayi Xatəmi bunu ingiliscə deyir, Kaspian si – yazılıbdır.

Görünür qeyd olunan səbəblərə görə "Mazandaran" dənizi yazmaqdan çəkinən Mühacirani, Xəzər dənizi ifadəsini işlətməkdənsə, ingiliscə "Kaspian" yazmağa üstünlük verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar