SON XƏBƏRLƏR

Urmulu siyasi məhbus aclıq aksiyasını dayandırdı

2025.05.15, 09:23
Urmulu siyasi məhbus aclıq aksiyasını dayandırdı

Aprelin 11-də Urmu şəhərinin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq aksiyasını dayandırıb.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, uzun müddət aclığa görə həyatı təhlükədə olan məhbus ailəsi və ziyalıların xahişi ilə aksiyanı dayandırıb və həbsxananın tibb məntəqəsinə köçürülüb.

5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edirdi.

Həbsxana rəhbərliyinin 10 gün ərzində onun tələbinə baxılacağına söz verib.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, "Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar