SON XƏBƏRLƏR

Şaraa: Suriyanın bölünməsinə imkan verməyəcək

2025.05.15, 11:54
Şaraa: Suriyanın bölünməsinə imkan verməyəcək

Suriya hakimiyyəti Suriyanın bölünməsinə və əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcək.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu, ölkənin prezidenti Əhməd əş-Şaraanın vətəndaşlara müraciətində yer alıb. Müraciət “Əl-Cəzirə” telekanalı tərəfindən yayınlanıb.

Əş-Şaraa bildirib: "Suriya bundan sonra hakimiyyət mübarizəsi meydanı və ya xarici ambisiyaların reallaşdırılması platforması olmayacaq. Biz Suriyanın parçalanmasına və xalqımızı parçalamağa yönəlmiş əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcəyik".

Qeyd edək ki, Əhməd əş-Şaraa dünən Yaxın Şərqdə səfərdə olan Amerika prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra Tramp Suriyaya qarşı bütün sanksiyaları ləğv etdiyini açıqlayıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar