SON XƏBƏRLƏR

Volodimir Zelenski: Rusiyanın İstanbula göndərdiyi nümayəndə heyəti saxtadır

2025.05.15, 13:52
Volodimir Zelenski: Rusiyanın İstanbula göndərdiyi nümayəndə heyəti saxtadır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbula danışıqlar üçün göndərdiyi nümayəndə heyətini “saxta” adlandırıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, o, bu barədə Ankarada jurnalistlərə bildirib.

“Bizim nümayəndə heyətimiz ən yüksək səviyyədə təmsil olunur. Söhbət Xarici İşlər Nazirliyi və Prezident Ofisinin nümayəndələri, hərbçilər, kəşfiyyat xidmətlərinin əməkdaşlarından gedir. Yeri gəlmişkən, səfərin məqsədi ədalətli sülhə xidmət edəcək qərarların qəbul edilməsidir. Amerika da Türkiyəyə yüksək səviyyəli nümayəndə heyəti göndərib. Rusiyanın nümayəndə heyətinin səviyyəsinə baxacağıq, gördüyümüz budur ki, saxtadır”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada baş tutacaq görüşdən (günortadan) sonra keçiriləcək.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar