SON XƏBƏRLƏR

Peskov Putinlə Tramp arasında təmasların Ukrayna nizamlanması üçün əhəmiyyətini qeyd edib

2025.05.16, 14:32
Peskov Putinlə Tramp arasında təmasların Ukrayna nizamlanması üçün əhəmiyyətini qeyd edib

Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmaslar Ukrayna nizamlanması kontekstində son dərəcə vacibdir.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Şübhəsiz ki, prezidentlər Putin və Tramp arasında əlaqələr Ukrayna nizamlanması kontekstində son dərəcə vacibdir. Bu tezislə, əlbəttə ki, razıyıq. Bu əhəmiyyəti qiymətləndirmək çətindir", - o, Amerika dövlət katibi Mark Rubionun Putinlə Trampın görüşünün Ukrayna nizamlanması üçün yeganə şans olması barədə açıqlamasını şərh edərkən deyib.

"Yüksək səviyyəli görüş hazırlanmalı və bu, nəticəyönümlü olmalıdır, çünki yüksək səviyyəli görüşdən əvvəl ekspert danışıqları, məsləhətləşmələr, gərgin hazırlıq işləri aparılır, xüsusən də söhbət Rusiya Federasiyası və Amerika prezidentlərinin yüksək səviyyəli görüşündən gedirsə", - Peskov qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar