SON XƏBƏRLƏR

Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?

2025.05.17, 09:09
Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?

Qərb mediası Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin İstanbulda Ukrayna ilə danışıqlarda səsləndirdiyi iddia edilən tələbləri yayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, məlumatı "Clash Report" yayıb. 2022-ci ildən bəri Ukrayna ilə ilk birbaşa danışıqlarda Rusiya tərəfi Kiyevə müharibəni dayandırmaq üçün qeyri-real tələblər irəli sürüb.

Bildirilir ki, Rusiya tərəfi 5 tələb irəli sürüb:

1. Neytral Ukrayna - Avstriyanın neytrallıq modelinə bənzəyir - Ukrayna torpaqlarında xarici qoşunlar və ya kütləvi qırğın silahları olmamalıdır.

2. Təzminat tələb edilmir – Ukrayna müharibə nəticəsində dəymiş zərərin ödənilməsinə dair hər hansı tələbdən imtina edir.

3. Rusdillilərin hüquqları - Ukrayna azlıqların hüquqları ilə bağlı Avropa standartlarını qəbul etməli və "millətçi təbliğata" son qoymalıdır.

4. Ərazilərin tanınması - Ukrayna Donetsk, Luqansk, Xerson, Zaporojya vilayətləri və işğal olunmuş Krımla bağlı Rusiyaya qarşı konstitusiya iddiası irəli sürməməli, onların beynəlxalq səviyyədə tanınması üçün hərəkətlərə yol verməməlidir.

5. Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması: Ukrayna qoşunları Rusiyanın iddia etdiyi beş rayonu tərk etməlidir.

Qeyd edək ki, Amerika, Avropa İttifaqı və Ukrayna 30 gün müddətində cəbhə xəttində şərtsiz atəşkəs təklif etsələr də, Putin İstanbulda danışıqlar ideyasını irəli sürüb. Danışıqlarda isə göründüyü kimi, atəşkəs üçün qeyri-real şərt qoymaqla faktiki olaraq onu qəbul etmədiyini nümayiş etdirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar