SON XƏBƏRLƏR

İran Böyük Britaniyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırdı

2025.05.19, 13:26
İran Böyük Britaniyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırdı

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

İran XİN-nin rəsmisi Şəhram Qazizadə Britaniya hökumətinin bir sıra İran vətəndaşlarını həbs etməsinə və rəsmi Tehrana qarşı ittihamlarına görə etirazını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Britaniya polisi terrorda şübhəli bilinən 7 iranlını həbs edib.

Onlardan 4-ü sərbəst buraxılsa da, üçünə qarşı ittiham irəli sürülüb.

Həmin şəslər İran təhlükəsizlik qurumları ilə əlaqədə günahlandırılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar