SON XƏBƏRLƏR

Suriyada polis bölməsi yaxınlığında partlayış baş verdi

2025.05.19, 13:27
Suriyada polis bölməsi yaxınlığında partlayış baş verdi

Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətinin Əl-Meyadin şəhərində polis bölməsinin yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində azı üç polis əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, hazırda partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi, yoxsa məsafədən idarə olunaraq törədildiyi müəyyən edilməyib. Yerli mənbələr bildirir ki, bu hadisə Suriyanın yeni hakimiyyətinə qarşı İŞİD tərəfindən təşkil edilən ilk hücum ola bilər.

Qeyd edək ki, ölkənin cənubunda yerləşən Dəra şəhərində də müxtəlif silahlı qruplar arasında toqquşmalar davam edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar