SON XƏBƏRLƏR

İsrail Qəzza üzərində tam hərbi nəzarət qurmağı planlaşdırır

2025.05.19, 15:22
İsrail Qəzza üzərində tam hərbi nəzarət qurmağı planlaşdırır

"İsrail bütün Qəzza ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir".

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu deyib ki, əməliyyatın məqsədi dəyişməz olaraq qalır: HƏMAS hərəkatını məğlub etmək və Qəzada əsir olan israilliləri azad etmək.

O həmçinin qeyd edib ki, İsrail yaxın zamanlarda Amerika ilə birgə humanitar yardımları paylamaq üçün məntəqələr quracaq. Bunun məqsədi, HƏMAS tərəfdarlarının yardımı oğurlamasının qarşısını almaqdır: "Biz Qəzzanın bütün ərazisi üzərində nəzarət qurmağa qərarlıyıq”.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar