SON XƏBƏRLƏR

İranda əhali artımı kəskin azalıb

2025.05.20, 10:13
İranda əhali artımı kəskin azalıb

Bundan əvvəlki illə müqayisədə ölkənin bütün əyalətlərində doğulan uşaqların sayı azalıb.

Gunaz.tv

Bunu İran Milli Əhali Qərargahının katibi Şəkiba Mohebbitəbar məlumat yayıb.

O, əhali artımının əvvəlki illə müqayisədə 7% azaldığını deyib.

Bir neçə gün əvvəl isə İran səhiyyə nazirinin müavini Sabir Cabbari ölkədə 12 milyon subay gəncin olduğunu bildirmişdi.

Qeyd edək ki, hazırkı Prezident Məsud Pezeşkian millət vəkili olduğu dövrdə cəmiyyət artımının azalması və gənclərin ailə qurmaması ilə bağlı dəfələrlə çıxış edib.

O, məsələnin ölkədə hakim olan ağır iqtisadi vəziyyət, işsizlik, gələcəyə ümidsizlik və hökumətin yanlış siyasəti ilə əlaqəli olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar