SON XƏBƏRLƏR

Israil KİV: Azərbaycan-İsrail əlaqələri müdafiə sahəsində genişlənir

2025.05.20, 11:48
Israil KİV: Azərbaycan-İsrail əlaqələri müdafiə sahəsində genişlənir

Təl-Əvivdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla israilli həmkarı İsrael Katz arasında görüş keçirilib.

Gunaz.tv

GünazTV İsrail mediasına istinadla xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti görüşlə bağlı mətbuata açıqlama verib. İsrail müdafiə naziri İsrael Katz Təl-Əvivdə azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi məqsədilə görüşün keçirildiyi bildirilib.

Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirərək, ortaq maraqlar və qarşılıqlı etimadı əsas gətirib. O, HƏMAS-ın 7 oktyabr hücumundan sonra Azərbaycanın göstərdiyi dəstəyə və İsrail ilə Türkiyə arasında vasitəçilik səylərinə görə Zakir Həsənova təşəkkür edib.

Görüş zamanı İsrail müdafiə naziri "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın İsrailə maksimum xal qazandırmasını iki hökumət və xalq arasında əsl dostluq əlaməti olduğunu bildirib. 

Bəyanatda qeyd olunub ki, iki tərəf müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

 

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar