GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kiyev müharibəni dayandırmaq istəyir, lakin Moskvanın əsl mövqeyi hələ də aydın deyil. O əlavə edib ki, Rusiya tərəfinin nə istədiyi sual altındadır.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna tərəfi Rusiya tərəfindən təqdim olunacaq konkret təklifləri gözləyir. Bu təkliflərdən sonra Amerika, Ukrayna, Rusiya və Avropa ölkələrinin iştirakı ilə növbəti görüşün keçirilməsi gündəmdədir. Onun sözlərinə görə, belə bir görüş Türkiyə, Vatikan və ya İsveçrədə baş tuta bilər.
Ukrayna Prezidenti əlavə edib ki, Trampla danışıqlar zamanı belə razılığa gəliblər: əgər Rusiya tərəfinin təklifləri Ukrayna üçün qəbuledilməz olsa, bu, Moskvanın münaqişəni bitirmək niyyətində olmadığını göstərəcək və Vaşinqton bu yanaşmanı əsas götürəcək.
Zelenski, həmçinin Trampa Rusiyaya qarşı daha sərt sanksiyalar məsələsini də müzakirə etdiyini bildirib.
Ş.E