ABŞ İrana qarşı sanksiyaları davam etdirdiyi müddətdə Azərbaycanı strateji məkan kimi istifadə edərək Tehranın daxili zəifliklərindən və regional asılılıqlarından faydalana bilər.
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana qarşı sanksiyaları davam etdirdiyi müddətdə Azərbaycanı strateji məkan kimi istifadə edərək Tehranın daxili zəifliklərindən və regional asılılıqlarından faydalana bilər.
Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı tərəfindən qələmə alınan "ABŞ niyə İranın Nüvə Proqramına “maksimum təzyiq” saxlamalıdır?" başlıqlı məqalə ABŞ-ın nüfuzlu "The National Interest" nəşri tərəfindən paylaşılıb.
Əhməd Obalı məqaləsində bildirib ki, İranda repressiv rejim altında yaşayan milyonlarla etnik azlıq üçün, o cümlədən onun öz ailəsi üçün də, ABŞ ilə İran arasında aparılan son nüvə danışıqlarının nəticəsi uzaq bir geosiyasi məsələ deyil. Bu, azad yaşamaq hüququ, kimlik və azadlıq məsələsidir.
"Keçən həftə sonu Omanda keçirilən “çətin, lakin faydalı” görüşdən sonra ABŞ və İran rəsmiləri danışıqları davam etdirmək barədə razılığa gəlsələr də, Tehranın mövqeyində mahiyyət etibarilə heç bir dəyişiklik yoxdur. İran tərəfi uranın zənginləşdirilməsi səviyyələrində yalnız müvəqqəti bir tənzimləmə təklif edib – bu, nəinki tam ləvğ edilməsi hətta dayandırılması belə deyil.
Bu, rejimin uzunmüddətli hədəflərinə toxunmadan vaxt qazanmaq üçün hesablanmış bir güzəştdir. Vaşinqton öz maksimum təzyiq strategiyasını davam etdirməli və daha da gücləndirməlidir ki, Tehran geri çəkilməyə məcbur olsun."

Əhməd Obalı yazısında ABŞ-İran danışıqlarında Azərbaycanın roluna da toxunub. Əhməd Obalı bildirib ki, iqtisadi təzyiqlərin neytrallaşdırılması istiqamətində Rusiyanı nümunə göstərmək mümkündür.
"Rusiya iqtisadi təzyiqlərin regional ittifaqlar vasitəsilə necə neytrallaşdırıla biləcəyini göstərdi. Rəsmi Moskva Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyadan ibarət olan Avrasiya İqtisadi İttifaqından strateji arxa qapı kimi istifadə edərək sanksiyalardan yan keçdi və qlobal ticarətə çıxışını qorudu.
Eyni şəkildə, İrana təzyiq göstərmək üçün onun birbaşa qonşuluğuna daha kəskin diqqət yönəldilməlidir.
İranın ən nüfuzlu və eyni zamanda ən çox təqib olunan azlığı – İran azərbaycanlılarının bir üzvü kimi - ABŞ təzyiq göstərmək üçün Ana Vətən, yəni Azərbaycan Ana Vətən Partiyasına üz tutmalıdır.
İranın şimalında yerləşən Azərbaycan, əhəmiyyətli ticarət marşrutları üzərindəki mövqeyi sayəsində Tehran üzərində əhəmiyyətli təsir gücünə malikdir. Daha önəmlisi isə, o, rejimin ən dərin qorxusunu – daxili narazılığı – üzə çıxarmaqda rol oynaya bilər.
Azərbaycanlı-İranlı millətçiliyinə, separatizminə və ya Azərbaycanla birləşmə ideyasına dair hər hansı bir işarə, İran hökumətinin yuxarı eşelonlarında ciddi təşviş doğurur və rejim adətən belə daxili narazılıqları amansız repressiyalar ilə boğur. Sayı on milyonlarla ölçülən İrandakı azərbaycanlılar mədəni təzyiqlərə, kimliklərinin silinməsinə və siyasi kənarlaşdırmaya məruz qalırlar.
Azərbaycan dili məktəblərdə qadağandır, və icma üzvləri tez-tez “yoxa çıxarılır”.
Üstəlik, Azərbaycanın 2020-ci ildə Ermənistanla olan münaqişəsindən sonra, rejimin narahatlığına baxmayaraq, bu etnik qrup daxilində yenidən həmrəylik hissi canlandı. O vaxtdan bəri, İranın Azərbaycana qarşı ritorikası və təhdidləri daha da artıb".

Əhməd Obalı məqaləsində İran rejiminin ona necə təzyiq göstərdiyini qələmə alıb. Əhməd Obalı bildirib ki, İran rejiminin silahlı dəstələri dəfələrlə ona hədə-qorxu gəlib. Eyni zamanda, Əhməd Obalının hələ də İranda yaşayan ailə üzvləri daim təzyiq altındadır. Onun ailə üzvləri Kəşfiyyat Nazirliyi tərəfindən tez-tez dindirilir, onlara qarşı uzunmüddətli və əsassız həbslər həyata keçirir, hətta onlara qarşı işgəncələr də baş verir.
"Mən hərçənd onilliklər əvvəl İrandan mühacirət etsəm də, sürgün mənə tam təhlükəsizlik gətirmədi.
Çikaqoda 2004-cü ildə İran rejiminin azərbaycanlılara qarşı zorakı mədəni və dil assimilyasiyasını ifşa etmək məqsədilə yaratdığım GünAz TV vasitəsilə İrana yayımlar edirəm. Okeanın o tayında olmağıma baxmayaraq, rejimin hədəfində qalıram.
İran rejiminin quldur dəstələri dəfələrlə mənə hədə-qorxu gəlib. Eyni zamanda, ailə üzvlərim hələ də İranda ciddi təzyiqlə qarşı-qarşıyadır: Kəşfiyyat Nazirliyi tərəfindən tez-tez sorğu-suala çəkilirlər, onlara qarşı uzunmüddətli əsassız həbslər təyin olunur və hətta onlara işgəncələr də edilir. Tehranın separatçılıqla bağlı paranoyası köklü və dərin xarakter daşıyır və bu, Azərbaycanın təzyiq göstərə biləcəyi güclü, lakin çox zaman gözdən qaçan bir istiqaməti ortaya qoyur.

Bundan əlavə, Azərbaycan Amerikanın xeyrinə ola biləcək başqa təsir alətlərinə də sahibdir. Rusiya ilə İran arasında yerləşən Azərbaycan, bu iki təcrid olunmuş ölkəni birləşdirən həyati əhəmiyyətli ticarət dəhlizi üzərində dayanır. Bu ticarət dəhlizində yaranacaq istənilən pozuntu, İranın Moskvadakı əsas müttəfiqinə olan həyati əlaqəsini kəsə bilər.
Bakı, həmçinin İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığını dərinləşdirə bilər. Son otuz il ərzində Azərbaycan İsraillə sıx əlaqələr qurub. Bakı İsrailin neft tələbatının böyük hissəsini təmin edir; əvəzində isə, Qüds Azərbaycanın əsas silah təchizatçısıdır.
İsrail, həmçinin, səssiz şəkildə Azərbaycanı İrana qarşı müşahidə və kəşfiyyat əməliyyatları üçün baza kimi istifadə edib. 2018-ci ildə Mossad tərəfindən İranın nüvə arxivinin Tehrandan çıxarılması əməliyyatı zamanı, yayılan məlumatlara görə, Azərbaycan bu əməliyyatda logistik və ya tranzit rol oynamış ola bilər.
Gizli əməliyyatlar, diversiya missiyaları və ya zərurət yarandıqda hədəfli hava zərbələri üçün platforma olaraq, Azərbaycanın İranla 750 kilometrlik sərhədi və Təbriz kimi hərbi mərkəzlərə, həmçinin İranın şimal və mərkəzi bölgələrində yerləşən əsas nüvə obyektlərinə yaxınlığı onu bu cür fəaliyyətlər üçün ən əlverişli mövqedə olan ölkələrdən birinə çevirir. Azərbaycan, çox güman ki, bu cür diplomatik təşəbbüslərə açıq yanaşacaq."
Əhməd Obalı qeyd edib ki, Azərbaycan ABŞ üçün İrana qarşı strateji müttəfiq ola bilər:
"İran tez-tez Azərbaycanın daxili işlərinə müdaxilə edib. Sərhəddə təxribat xarakterli hərbi təlimlər keçirdib, casus şəbəkələri qurub, hökuməti devirmək məqsədilə şiə milis qruplaşmasını dəstəkləyib və hətta İran rejiminə qarşı tənqidi fikirlər səsləndirən siyasətçilərə sui-qəsd cəhdləri belə göstərib. Lakin İran rejiminin Azərbaycana qarşı ən ciddi təhqiri Tehranın, Azərbaycanın azad edilmiş ərazisi Qarabağ uğrunda sonuncu münaqişədə, Azərbaycanın başlıca düşməni olan Ermənistana dəstək verməsi oldu. Xatırladaq ki, Qarabağın azad edilməsi müstəqillik əldə etdikdən sonra ölkənin ən mühüm mövzularından birinə çevrilib.
Doğrudan da, ABŞ administrasiyası artıq bu vəziyyətə diqqət yetirir. Trampın xüsusi nümayəndəsinin Azərbaycana səfəri fonunda mediada Azərbaycanın "İbrahim Sazişləri"nə daxil ola biləcəyi ilə bağlı iddialar səslənir.
Bununla belə, Vaşinqton Bakının bitərəf xarici siyasət kursunu nəzərə almaq məcburiyyətindədir.
ABŞ bu əməkdaşlığı daha da cazibədar etmək üçün, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarmasından sonra artıq uzunmüddət müddətdir durğunluq vəziyyətində olan Azərbaycan-Ermənistan sülh prosesinə dəstək verə bilər. Sülh sazişi masada və ya masaya çox yaxın görünür.

Lakin bir sıra əsas maneələr hələ də qalır, ən başlıcası isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistanın öz ənənəvi himayədarı olan Rusiyadan üz çevirərək Qərbə yaxınlaşmaq istəyi və ABŞ-dakı böyük erməni diasporasının təsiri fonunda, Vaşinqtonun İrəvanı daha uyğun şərtlərlə danışıqlara cəlb etmək üçün əhəmiyyətli təsir imkanları mövcuddur.
ABŞ həmçinin Azərbaycana silah satışlarını genişləndirə bilər. Lakin burada simvolik bir maneə qalır: 1992-ci ildə qəbul olunmuş “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edir.
Birinci Qarabağ müharibəsinin ən gərgin dövründə, erməni diasporasının güclü lobbiçiliyi nəticəsində və Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda bu düzəliş Konqres tərəfindən qəbul edilmişdi. Lakin sonrakı administrasiyalar strateji əməkdaşlığın davam etməsi üçün həmin düzəlişi dondurur. Bununla belə, Prezident Bayden 2022-ci ildə 907-ci düzəlişi dondurmadı, bu da Bakıda narazılıq doğurdu.
Bu qadağanın tamamilə ləğvi xoş niyyətin güclü rəmzi olar.
Onilliklərdir ki, Azərbaycanın İrandakı soydaşları mədəni assimilyasiya və təqibə məruz qalır. İran indi zəif vəziyyətdədir – Suriyadakı forpostu Bəşər Əsədin süqutu və Hizbullahın İsraillə sonuncu qarşıdurmadan sonra ciddi zəifləməsi ilə çətin durumda qalıb.
İran rejimi üçün daxili narazılıq dalğası hazırda ən arzuolunmaz ssenaridir. Azərbaycan və onun ixtiyarındakı digər strateji təsir vasitələri bu zəiflik anında Tehrana qarşı təzyiq mexanizmi rolunu oynaya bilər və bu, nadir bir fürsət yaradır."
Ş.E
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Milli fəal müvəqqəti azadlığa buraxıldı
Urmu gölündə turist axını davam edir
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır
Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
İranda daha otuz tələbə cəzalandırıldı
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi