SON XƏBƏRLƏR

Amerika Suriyada üç hərbi bazasından imtina edib

2025.06.03, 11:12
Amerika Suriyada üç hərbi bazasından imtina edib

Amerika Suriyada iki hərbi bazanı bağlayıb və daha birini ölkədəki hərbi mövcudluğunun azaldılması çərçivəsində "Suriya Demokratik Qüvvələri"nin (SDQ) nəzarətinə verib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına bildirib.

Bildirib ki, Amerika komandanlığı bir neçə həftə ərzində ərəb respublikasından təxminən 500 hərbçini çıxarıb.

"Təxminən 500 amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, daha biri "Suriya Demokratik Qüvvələri"nə təhvil verilib. Suriyada Amerika qoşunlarının konsolidasiyası təhlükəsiz və düşünülmüş şəkildə həyata keçirilir", - deyə o bildirib.

Kürdlərin nəzarətində olan Suriya ərazisində 2015-2018-ci illərdə doqquz Amerika hərbi bazası və üç avanpost yaradılıb. Onlar Hələb, Deyr əz-Zor, Rəqqə və Həsəkə vilayətlərində, həmçinin İraq və İordaniya ilə sərhəddə yerləşən Ət-Tənf rayonunda yerləşir. Burada 2,2 min amerikalı hərbçi yerləşdirilmişdi. Bu ilin aprelində Pentaqon bildirmişdi ki, Amerika komandanlığı Suriyadakı kontingenti azaldacaq və ölkə ərazisində 1000-dən az hərbçi saxlayacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar