SON XƏBƏRLƏR

Körfəzdəki Ərəb ölkələri təhlükəsizlik zəmanəti istəyirlər

2025.06.03, 13:01
Körfəzdəki Ərəb ölkələri təhlükəsizlik zəmanəti istəyirlər

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İranın nüvə proqramı ilə bağlı durumdan narahatlığını bildirib və regionda təhlükəsizliyin qorunması üçün konstruktiv razılaşmaların əldə edilməsində sürətləndirilmiş irəliləyişə çağırıb.

Gunaz.tv

Bazar ertəsi Küveyt şəhərində keçirilən nazirlərin 164-cü iclasından sonra verdiyi bəyanatda Körfəz Əməkdaşlıq Şurası İranı dinc məqsədlər üçün uranın zənginləşdirilməsi limitlərinə tam əməl etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq etməyə çağırıb.

Şura vurğulayıb ki, İranın nüvə siyasəti ilə bağlı hər hansı gələcək regional və ya beynəlxalq danışıqlar Körfəz Əməkdaşlıq Təşkilatının iştirakını əhatə etməli və ballistik raketlər, pilotsuz təyyarələr, dəniz təhlükəsizliyi və körfəzindəki neft infrastrukturunun qorunması kimi daha geniş təhlükəsizlik problemlərini həll etməlidir.

“Bu danışıqlar təkcə İranın nüvə proqramı ilə bağlı deyil, həm də üzv dövlətlərin bütün təhlükəsizlik problemlərini, o cümlədən ballistik və qanadlı raketlər, pilotsuz təyyarələr, beynəlxalq naviqasiyanın təhlükəsizliyi və neft obyektlərini həll etməlidir”. - deyə bəyanətda vurğulanıb.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar