SON XƏBƏRLƏR

Uitkof: İranın heç vaxt nüvə gücü olmamalıdır

2025.06.12, 13:01
Uitkof: İranın heç vaxt nüvə gücü olmamalıdır

İran hər hansı nüvə və ya raket qabiliyyətindən həmişəlik məhrum edilməlidir.

Gunaz.tv

Bunu Amerikanın xüsusi nümayəndəsi Stiv Uitkof deyib. O bunu İsrail, Amerika və körfəz ölkələri üçün “ekzistensial təhlükə” adlandırıb.

Nyu-Yorkda Birləşmiş Hatzalah qalasında çıxış edən Uitkof, həmin gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə danışdığını bildirib və prezident Donald Trampın İsrailə dəstəyini bir daha təstiqləyib.

“Biz bu təhlükəyə qarşı qətiyyətli olmalıyıq, birləşməliyik və əmin olmalıyıq ki, İran nəyin bahasına olursa olsun, ölümcül ambisiyalarına nail olmaq üçün heç vaxt vasitə əldə etməsin.” - deyə o bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar