SON XƏBƏRLƏR

İsrail beynəlxalq ictimaiyyəti İrana qətiyyətli cavab verməyə çağırıb

2025.06.12, 15:04
İsrail beynəlxalq ictimaiyyəti İrana qətiyyətli cavab verməyə çağırıb

Beynəlxalq Atom Enerjisi Agentliyi İrana qarşı qətnamə qəbul etdikdən sonra İsrail beynəlxalq ictimaiyyəti İrana qətiyyətli cavab verməyə çağırıb.

Gunaz.tv

Bununla bağlı İsrail Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

"İran BAEA-nın yoxlama və monitorinqinə ardıcıl olaraq mane olub, beynəlxalq müfəttişləri uzaqlaşdırıb və İranda şübhəli, elan olunmayan yerləri gizlin saxlayıb. Bu durum nüvə silahlarının yayılmama rejiminə zərbə vurur və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhlükə yaradır." - deyə paylaşımda bildirilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar