SON XƏBƏRLƏR

Tramp İrana hücumudan əvvəlcədən məlumatlı olub

2025.06.13, 08:46
Tramp İrana hücumudan əvvəlcədən məlumatlı olub

Amerika Prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin Amerikanın əməliyyatda iştirak etmədiyini vurğulayıb.

Gunaz.tv

“Foks News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, Vaşinqton Amerika Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.

Tramp deyib ki, İran cavab verərsə, Amerika özünü və İsraili müdafiə edəcək.

“Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar