SON XƏBƏRLƏR

İran və Səudiyyə Ərəbistanı XİN başçılarının telefon danışığı olub

2025.06.13, 15:18
İran və Səudiyyə Ərəbistanı XİN başçılarının telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Araqçi ilə Səudiyyə Ərəbistanından olan həmkarı Fərhan bin Faysal əl-Səud arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səudiyyəli nazir İran tərəfinə hərbi komandirlərin və digər İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

İranın baş diplomatı Səudiyyə Ərəbistanına tutduğu mövqeyə görə təşəkkür edib və İsrailin addımlarının arxasında Amerika tərəfinin dayandığını açıqlayıb:

”Bu aqressiya Amerikanın koordinasiyası və “yaşıl işığı” olmadan mümkün ola bilməzdi. Bu aksiyanın təhlükəli nəticələrinə görə Amerika tərəfi də məsuliyyət daşıyır” – deyə, İranlı nazir bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar