SON XƏBƏRLƏR

İran rəsmiləri ölkədən qaçır? - Media

2025.06.14, 15:19
İran rəsmiləri ölkədən qaçır? - Media

Bu gün Tehrandan bir neçə sərnişin təyyarəsi naməlum istiqamətə yola düşüb.

Gunaz.tv

Bu barədə İsveçin "Flightradar24" saytı məlumat yayıb.

Məqsədi açıqlanmayan təyyarələrin uçuşu, İsrailin hava zərbələrinin başlaması və bunun davam etdiyi bir vaxta təsadüf edir.

Bu, həmin təyyarələr vasitəsilə bəzi İran rəsmilərinin ölkədən qaçmağa çalışdıqları barədə ehtimalları artırır.

Xüsusən İsrailin daha güclü zərbələr endirəcəyi barədə xəbərdarlığından sonra, rəsmilər, SEPAH və ordu komandirləri arasında çaşqınlıq və qorxu hökm sürdüyü barədə məlumatlar yayılıb.

Qeyd edək ki, iyunun 13-dən başlayaraq İsrail hava və PUA zərbələri vasitəsilə 20-ə yaxın SEPAH və ordu komandirini zərərsizləşdirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar