SON XƏBƏRLƏR

İsraildə ölən mülki şəxslərin sayı artdı

2025.06.16, 09:06
İsraildə ölən mülki şəxslərin sayı artdı

İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.

Gunaz.tv

Bu haqda “Jerusalem Post” Fəlakət Qurbanlarının Tanınması (ZAKA) təşkilatı məlumat yayıb.

“İranın raket hücumundan sonra bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb”, – nəşr ZAKA-ya istinadən bildirib.

Qeyd olunub ki, təkcə bu şəhərdə raket hücumları nəticəsində ölənlərin sayı doqquz nəfərdir.

Beləliklə, cümə günündən bəri İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa, azı 390 nəfərin yaralandığı deyilir.

Ölən və yaralananların hamısı mülki şəxslərdir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar