SON XƏBƏRLƏR

İsrailə görə məhbus edam edildi

2025.06.16, 12:43
İsrailə görə məhbus edam edildi

İranda İsrail kəşfiyyatı "Mossad" üçün casusluqda təqsirli bilinən şəxs Kərəcin Qızılhisar həbsxanasında edam edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Qeyd olunub ki, edam edilən şəxsin adı İsmayıl Fikridir.

O, bundan əvvəl 2023-cü ildə həbs edilib və barəsində ölüm hökmü çıxarılmışdı.

Bildirilib ki, bu, son həftələrdə İsrailə casusluqla bağlı üçüncü edam olub.

Ötən ay Möhsün Ləngərneşin və Pedram Mədəni eyni ittihama görə dar ağacından asılıblar.

İnsan haqları təşkilatları hər iki məhbusun işgəncə altında yalan ifadə verməyə məcbur edildiklərini bildiriblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar