SON XƏBƏRLƏR

Putinin sözçüsü: Çin və Türküstan respublikaları arasında yaxınlaşmadan narahat deyilik

2025.06.16, 15:49
Putinin sözçüsü: Çin və Türküstan respublikaları arasında yaxınlaşmadan narahat deyilik

Kreml Çin və Türküstan respublikaları arasında yaxınlaşmanın Rusiyanın regiondakı maraqlarına zərər verə biləcəyindən narahat deyil.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim belə bir narahatlığımız yoxdur. Belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Çin bizim əsas strateji tərəfdaşımızdır. Mərkəzi Asiya ölkələri isə bizim təbii, tarixi və müasir mənada müttəfiq və tərəfdaşlarımızdır. Çinlə əməkdaşlığımız qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanır. O, heç bir təzahürlərində heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Eyni şey bizim Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqəmizə də aiddir. Bizim çoxlu öz mexanizmlərimiz, o cümlədən analoji mexanizm olan Rusiya-Mərkəzi Asiya dialoqu mövcuddur. Biz onların bir çoxu ilə inteqrasiya əməkdaşlıq proqramları üzrə tərəfdaşlıq münasibətləri ilə də bağlıyıq. MDB və digər təşkilatlara üzvlüyümüz də bizi birləşdirir. Ona görə də bütün bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanır və ahəngdar xarakter daşıyır", - Kremlin sözçüsü vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar