SON XƏBƏRLƏR

İran şəhərlərində yoxlama postları artırıldı

2025.06.16, 16:23
İran şəhərlərində yoxlama postları artırıldı

İsrail Hərbi Hava Qüvvələrinin İrana hücumları ilə eyni vaxtda şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Gunaz.tv

Bu barədə yerli media və mənbələr də məlumat yayıb.

Bildirilib ki, xüsusən SEPAH-a bağlı "Bəsic" (Könüllülər ordusu) şəhərlərin giriç-çıxışlarında, küçələrdə yeni yoxlama postları qurmağa baışalıblar.

Məqsədin "əhalinin təhlükəsizliyinin təmini və təxribatların qarşısını alınması" olduğu bildirilib.

Yerli mənbələr isə bunun vətəndaşların kütləvi etiraz aksiyalarına başlaması qorxusundan edildiyini qeyd edirlər.

Yayılan videolarda şəhərlərdən çıxan avtomobillərin diqqətlə yoxlanıldığı, vətəndaşların sənədlərinin kontrol edildiyi müşahidə olunur.

Xüsusən İsrailin müdafiə naziri İsrail Katzın tehranlılara şəhəri tərk etmələri barədə xəbərdarlığından sonra, paytaxtdan çıxışın məhdudlaşdırılmasına çalışıldığı da qeyd olunur.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani də, bu gün verdiyi müsahibədə vətəndaşları şəhəri tərk etməməyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar