SON XƏBƏRLƏR

İran XİN: "Bəzi Avropa ölkələri açıq şəkildə İsrailə meyil edirlər"

2025.06.17, 15:57
İran XİN: "Bəzi Avropa ölkələri açıq şəkildə İsrailə meyil edirlər"

İranın xarici işlər naziri Abbas Əraqçı avropalı həmkarları ilə təmaslarında bəyan edib ki, Tehranın hazırkı vəziyyətdə əsas məqsədi təcavüzə qarşı effektiv və çəkindirici mübarizə aparmaqdır.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Əraqçı Fransa, Böyük Britaniya, Almaniya, İtaliya xarici işlər nazirləri, Avropa İttifaqının nümayəndəsi, həmçinin İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə ayrıca söhbət aparıb.

Mənbə yazır ki, iranlı diplomat A.Tayani ilə söhbətində bəzi Avropa ölkələrinin mövqeyini tənqid edərək, onların təmkin çağırışlarına baxmayaraq, açıq şəkildə İsrailə meyil etdiyini də vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar