SON XƏBƏRLƏR

Yarım əsrdir türk dilini sıxışdıran İran rejimi indi Azərbaycan xalqını türkcə yazı ilə aldatmağa çalışır

2025.06.18, 12:20
Yarım əsrdir türk dilini sıxışdıran İran rejimi indi Azərbaycan xalqını türkcə yazı ilə aldatmağa çalışır

Təxminən yarım əsrdir türk dilini sıxışdıran, hətta uşaqlara türk adlarının seçilməsinə belə mane olan İran İslam Respublikası rejimi ikiüzlülüklə Təbrizdə türkcə “Bir Qana, Min Qan Alarıq!” şüarı yazılmış pankart quraşdırıb.

Gunaz.tv

Halbuki, eyni rejim illərdir uşaqlara türkcə verməyi, hətta dükan lövhələrini türkcə qoymağı qadağan edir, türk fəallarını ana dilini müdafiə etdiklərinə görə hədələyir və həbs edir. Onlarla azərbaycanlı vətəndaş cəmiyyəti fəalı Azərbaycan dilini, mədəniyyətini və kimliyini müdafiə etmək üçün göstərdikləri dinc fəaliyyətə görə hələ də Evin və Təbriz həbsxanalarında saxlanılır.

İndi İslam Respublikası rejimi İsrailin ağır zərbələrinə məruz qaldığı və komandirlərinin yataqlarında öldürüldüyü bir vaxtda Təbrizdə türk dilində şüarlar quraraq, milli hiss alətindən istifadə edərək Azərbaycan xalqını aldatmağa çalışır; ancaq rejim Azərbaycan türk millətinin bu təkrarlanan şoulara aldanmayacaq qədər ayıq olduğundan xəbərsizdir.

Azərbaycanlılar hesab edirlər ki, əgər İran rejimi və İnqilab Keşikçiləri Korpusu azərbaycanlıların həyatından həqiqətən narahat olsaydılar, pankart nümayiş etdirmək əvəzinə Qərbi Azərbaycanı kürdlərə təklif etməzdilər, azərbaycanlıları farsların məskunlaşdığı ərazilərə köçməyə təşviq etməzdilər, türk faydalı qazıntı mədənlərini talan etməzdilər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar