SON XƏBƏRLƏR

İran Amerikaya Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib

2025.06.21, 10:19
İran Amerikaya Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib

Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirməyə hazır olacaq.

Gunaz.tv

Bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, - deyə o qeyd edib.

İranlı diplomat əmin olduğunu bildirib ki, Amerika prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər: “Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək lazımdır”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar