SON XƏBƏRLƏR

7 oktyabr terrorunun müəllifi öldürüldü

2025.06.21, 11:16
7 oktyabr terrorunun müəllifi öldürüldü

2023-cü il 7 otyabrda törədilən qırğına hazırlıq zamanı HƏMAS-ı maliyyələşdirən və silahlandıran SEPAH-ın Qüds Qüvvələrinin Fələstin korpusunun komandiri Məhəmməd Səid İzadi Qum şəhərindəki mənzilində öldürülüb.

Gunaz.tv

Bu haqda İsrail müdafiə naziri İsrail Katz məlumat verib.

“Bu, İsrail kəşfiyyatı və Hərbi Hava Qüvvələri üçün böyük nailiyyətdir. İsrailin uzun qolu bütün düşmənlərinə çatacaq”, - nazir əlavə edib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250 nəfər isə girov götürülüb.

Öldürülünlərin əksəriyyəti mülki şəxslərdir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar