SON XƏBƏRLƏR

İsrail İrandakı hərbi hədəflərə zərbələr endirib

2025.06.23, 09:39
İsrail İrandakı hərbi hədəflərə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsində yerləşən Kirmanşah və Təbrizdəki hərbi obyektlərə zərbələr endirib.

Gunaz.tv

Bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Kirmanşahdakı hərbi infrastruktur obyektlərinə zərbələr endirib", - məlumatda bildirilib.

Bununla yanaşı Tehran başda olmaqla başqa bir neçə şəhər, o cümlədən Təbriz şəhəri ətrafında yerləşən hərbi hədəflərdə hücuma məruz qalıb.

Yerli mənbələrin verdiyi məlumata görə, gecə saatlarında Təbrizdə bir neçə dəfə güclü partlayış səsləri eşidilib.

Partlayışlardan sonra Təbrizin əksər bölgələrində elektrik enerjisi kəsilib.

Təbriz valiliyi elektrik enerjisinin kəsilməsinin "trxniki problem"lər səbəbindən baş verdiyini iddia edib və bunun hava hücumları ilə əlaqəli olmadığını deyib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar