SON XƏBƏRLƏR

İrana vurulan zərbə sistemli olub - Zamir

2025.06.26, 11:26
İrana vurulan zərbə sistemli olub - Zamir

İrana qarşı 12 günlük əməliyyatda İsrail öz məqsədinə nail olub.

Gunaz.tv

Bu haqda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.

O, İranın nüvə proqramına ciddi zərərin dəydiyini bildirib:

"On iki günlük görünməmiş hərbi əməliyyatdan sonra İsrail Müdafiə Qüvvələri maksimum səmərəlilik nümayiş etdirib və əməliyyatın məqsəd və vəzifələrinə tam nail olub".

Zamir əlavə edib ki, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat İdarəsi nüvə proqramına vurulan zərərin lokal deyil, sistemli xarakter daşıdığını müəyyən edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar