SON XƏBƏRLƏR

Xameneinin nümayəndəsi açıqladı: Qələbə üçün onu gözləyirik...

2025.06.27, 16:19
Xameneinin nümayəndəsi açıqladı: Qələbə üçün onu gözləyirik...

Əli Xaməneinin Fars əyalətindəki nümayəndəsi və Şiraz şəhərinin cümə imamı Lütfüllah Dejkam İranın son və əsas qələbəsinin vaxtını açıqlayıb.

Gunaz.tv

Bu haqda o bu gün cümə namazı öncəsi çıxışında danışıb.

“Müsəlmanların batil cəbhəsi üzərində son qələbəsinə nail olmaq üçün biz İmam Zamanın zühurunu gözləməliyik”,- cümə imamı deyib.

Buna inanmayanları axmaq adlandıran Dejkam, bunun yaxın gələcəkdə reallaşacağına söz verib:

"Netanyahu və Tramp kimi bədbəxt insanlar bu hadisənin baş verməyəcəyini düşünürlər, ancaq biz inanırıq ki, tezliklə Zamanın İmamının zühurunun şahidi olacağıq",- Xaməneinin nümayəndəsi vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar