SON XƏBƏRLƏR

Cavad Fəthli girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb

2025.07.08, 10:42
Cavad Fəthli girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb

Güney Azərbaycanlı fəal Cavad Fəthli bir milyard tümən girov qarşılığında Xoy həbsxanasından müvəqqəti olaraq azad edilib.

Gunaz.tv

Fəal İran-İsrail müharibəsi zamanı 22 iyun 2025-ci il bazar günü İnqilab Keşikçiləri Korpusunun zabitləri tərəfindən atasının evində həbs edilib.

Ona qarşı irəli sürülən ittihamlar “rejim əleyhinə təbliğat" və "yalan yaymaq"dır.

Cavad Fəthli daha öncə 2022-ci il etirazları zamanı həbs edilib və 25 gün təkadamlıq kamerada saxlanılıb. O, Çaldıran xəstəxanasında nəzarətçi işləyir və dəfələrlə işdən çıxarılmaqla hədələnib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar