SON XƏBƏRLƏR

Fransa İrana görə vətəndaşlarına xəbərdarlıq etdi

2025.07.08, 15:19
Fransa İrana görə vətəndaşlarına xəbərdarlıq etdi

Hər kəsi əmin edirəm ki, xaricdəki bütün Fransa vətəndaşları konsulluq mühafizəsi hüququndan istifadə edəcəklər, ancaq bəzi hallarda müəyyən ölkələrə səyahət etməməyi tövsiyə etməyimiz, bu ölkələrdə həbs olunmaq riskinin yüksək olması ilə bağlıdır.

Gunaz.tv

Bunu xaricdə yaşayan frasalıların işi üzrə nazir Loren San Martin deyib.

İyunun 16-da İranda yoxa çıxan fransalı gənc Lenar Monterlosun taleindən nigəran olduqlarını deyən Fransanın hökumət rəsmisi fransalıları İrana getməməyə çağırıb.

"İran İslam Respublikası açıq-aşkar şəkildə Qərb vətəndaşlarını qəsdən girov götürmək siyasəti yürütür",- San Marin bildirib.

Qeyd edək ki, hazırda 3 fransalı İran həbsxanalarında saxlanlır, onlardan ikisi "İsrailə casusluq"da günahlandırılıb.

Rəsmi Paris İranda həbsdə olan vətəndaşlarının Tehran hökuməti tərəfndən girov götürüldüyünü bildirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar