SON XƏBƏRLƏR

Amerika KXDR və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib

2025.07.09, 09:48
Amerika KXDR və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib

Amerika kibercinayətkarlıqla mübarizə çərçivəsində Rusiya və KXDR-dən olan iki vətəndaşa və bu iki ölkədə yerləşən dörd şirkətə qarşı sanksiyalar tətbiq edib.

Gunaz.tv

Günaz TV Reporrt-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, KXDR vətəndaşı “Andariel” haker qrupu ilə əlaqəlidir, qeyri-qanuni olaraq İT mütəxəssislərini işə götürmək və Amerika Maliyyə Nazirliyinin kompüter sistemlərini sındırmaq cəhdlərində iştirak edir. Rusiya vətəndaşı və siyahıda olan dörd şirkət, Amerika administrasiyasına görə, KXDR hökumətinə gəlir əldə etmək üçün İT işçilərinin işə götürülməsində də iştirak edib. Amerika Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, əldə edilən gəlir Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raketlərin yaradılması proqramlarına sponsorluq etmək üçün istifadə oluna bilərdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar