SON XƏBƏRLƏR

Netanyahu ilə görüşün detalları bəlli oldu

2025.07.09, 10:18
Netanyahu ilə görüşün detalları bəlli oldu

“İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə Amerika Prezidenti Donald Trampla 90 dəqiqəlik görüş keçirib”.

Gunaz.tv

Günaz TV "Globalinfo"ya istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Danışıqlar qapalı qapılar arxasında Amerika vitse-prezidenti Cey Di Vensin iştirakı ilə baş tutub. Bu, Netanyahunun  Vaşinqtona səfəri zamanı ikinci dialoqdur. İlk görüş bazar ertəsi baş tutub. Qətərdən bir nümayəndə heyəti də çərşənbə axşamı Ağ Evə gəlib. Onlar İsrail və HƏMAS arasında mümkün atəşkəs razılaşmasını müzakirə etmək üçün Amerika rəsmiləri ilə danışıqlar aparıblar”, – deyə bildirilib.

Nəşr bildirir ki, razılaşma yolunda əsas büdrəmə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması məsələsi olaraq qalır:

“Fələstin İsrail ordusunun martda əvvəlki barışıq dağılana qədər mövcud olan mövqelərə qaytarılmasını tələb edir. Təl-Əviv də öz növbəsində belə şərtlərlə razılaşmır. Hazırda danışıqlar davam etsə də, sülh təşəbbüsü ilə bağlı yekun qərar hələ qəbul edilməyib”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar