SON XƏBƏRLƏR

Britaniya və Fransa BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilər

2025.07.09, 11:28
Britaniya və Fransa BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilər

İran nüvə ambisiyalarından əl çəkməsə, Böyük Britaniya, Fransa və Almaniya ilə birlikdə JCPOA sazişində nəzərdə tutulan “tətik mexanizmi”ni işə salmaqla, BMT-nin Tehrana qarşı sanksiyalarını bərpa edə bilər.

Gunaz.tv

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Lemmi deyib.

“Təkcə bizim sanksiyalarımız deyil, həm də İran iqtisadiyyatının demək olar ki, bütün sektorlarına qarşı geniş və ciddi sanksiyalar tətbiq edə bilən BMT mexanizmi var”, - deyə o, izah edib. O, İran rəsmilərinə xəbərdarlıq edib ki, “onlar qərar verməlidirlər”.

Britaniyanın xarici işlər naziri deyib ki, Tehran beynəlxalq ictimaiyyətin nüvə ambisiyalarını azaltmaq tələblərinə ciddi cavab verməsə, BMT sanksiyalarının bərpası İran rejimi üçün “daha çox ağrı və iztirablara” səbəb ola bilər.

Fransanın diplomatik mənbəsi Reuters agentliyinə bildirib ki, Avropanın təhlükəsizlik maraqlarını təmin edən nüvə razılaşması əldə olunmasa, üç Avropa dövləti BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar