SON XƏBƏRLƏR

Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb

2025.07.10, 09:50
Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Qırmızı dənizdə batan Yunanıstana məxsus “Eternity C” yük gəmisinin ekipaj üzvlərini qaçırıb.

Gunaz.tv

Bu barədə Amerikanın Yəməndəki səfirliyinin bəyanatında deyilir.

"Husilər bir neçə dənizçini öldürdükdən, gəmini batırdıqdan və xilasetmə əməliyyatlarına mane olduqdan sonra “Eternity C” gəmisinin sağ qalan ekipaj üzvlərinin çoxunu qaçırıblar. Biz onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik.", - səfirliyin bəyanatında deyilir.

Bəyanatda yük gəmisinin heyətinin 21 Filippin və bir Rusiya vətəndaşından ibarət olduğu bildirilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar