Benyamin Netanyahu ilə şam yeməyinin əvvəlində çıxış edən Donald Tramp, İrana bir daha zərbə endirmək məcburiyyətində qalmayacağına ümid etdiyini deyib.
Bununla belə, "Wall Street Journal"ın yazdığına görə, Benyamin Netanyahu daha sonra ona, şəxsi söhbətlərində, deyib ki, əgər İran “nüvə silahına doğru hərəkətini bərpa edərsə” İsrail İrana yenidən hərbi zərbələr endirəcək. Məlumata görə, Donald Tramp Tehranla diplomatik razılaşma əldə etmək istədiyini, lakin bu baş tutmazsa İsrailin planına qarşı çıxmayacağını bildirib.
"Wall Street Journal" tərəfindən adı çəkilməyən yüksək rütbəli İsrail rəsmisi qəzetə bildirib ki, Tehran Amerikanın bunkerləri partladan bombalarının vurduğu ziyana görə Fordo və Natanz ərazilərindən zənginləşdirilmiş uran ehtiyatlarını çıxara bilməyib, lakin İsrail belə qənaətə gəlib ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsi İsfahan bölgəsindədir və bu ehtiyatlar hücumlarla məhv edilə bilməyib.
Yüksək rütbəli İsrail rəsmisi əlavə edib ki, İran İsfahan ərazisindən uran çıxarmağa cəhd edərsə İsrail bundan tez bir zamanda xəbərdar olacaq.
C