SON XƏBƏRLƏR

Pezeşkian Əhməni genini məhv etdi- Millət vəkili

2025.07.12, 14:23
Pezeşkian Əhməni genini məhv etdi- Millət vəkili

İran parlamentinin nümayəndəsi Əbülfəzl Zəhrvənd Məsud Pezeşkianın fəaliyyətini və tutduğu mövqeləri tənqid edib.

Gunaz.tv

O, Pezeşkianı səlahiyyətsiz prezident adlandırıb və İran islam inqilabı dəyərlərinə əhəmiyyət vermədiyini iddia edib.

“O, Hüseynin qanı bir yana, Əhəməni genini də məhv etdi”,- Zöhrəvənd prezidentin şiə və İran milli dəyərlərinə zərbə vurduğunu bildirib. 

Məsud Pezeşkianın amerikalı aparıcı Taker Karlsonla müsahibəsinə də toxunan millət vəkili, bunu Amerikanın əməllərinə bəraət qazandırmaq nümunəsi kimi dəyərləndirib.

"Məsud Pezeşkianın yanaşması İslam Respublikasına son qoymaq planıdır",- Zöhrəvən xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar