Alman xəbər agentliyi 53 yaşlı kişinin bazar ertəsi, iyulun 14-də səhər saatlarında Almaniya polisinə təhvil verildiyini bildirib.
Məlumata görə, həmin şəxsin tezliklə Karlsrue Federal Məhkəməsində müstəntiq hakimi qarşısına çıxması planlaşdırılıb, lakin dəqiq vaxt hələ məlum deyil. Danimarka mətbuatının yazdığına görə, o, Orhus məhkəməsində Almaniyaya ekstradisiyaya razılıq verib.
Almaniyanın Bild qəzeti həmin şəxsin 2025-ci ilin may ayında Türkiyəyə ailə səfəri adı ilə İran ərazisinə daxil olduğunu yazıb. O, Berlindəki yəhudi hədəfləri ilə bağlı topladığı məlumatları İran zabitlərinə çatdırdıqdan sonra saxta sənədlərlə və rəsmi möhür olmadan İranı tərk edib.
Danimarka daxili kəşfiyyat təşkilatı İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin tanınmış zabiti ilə şəxs arasındakı mesajları ələ keçirdikdən sonra məsələni Almaniyanın daxili təhlükəsizlik agentliyi ilə bölüşüb.
Bu şəxsin Hamburq İslam Mərkəzi ilə əlaqəsi və tez-tez İmam Əli məscidində (Göy Məscid kimi tanınır) olması da təhlükəsizlik orqanlarının nəzarətində olub.
C