SON XƏBƏRLƏR

Tehrana qarşı tətik mexanizmini işə salacağıq- Jan-Noel Barro

2025.07.15, 15:09
Tehrana qarşı tətik mexanizmini işə salacağıq- Jan-Noel Barro

Əgər İranla nəzərəçarpacaq nüvə razılaşması əldə olunmazsa, Fransa, İngiltərə və Almaniya avqustun sonuna kimi BMT Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı tətik mexanizmini işə salacaqlar.

Gunaz.tv

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

"Bu mexanizmin işə salınması BMT-nin İrana qarşı sanksiyalarının qətnamə qəbul edilmədən də avtomatik geri qaytarılmasına səbəb ola bilər",- nazir əlavə edib.

Bununla yanaşı, Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas da xəbərdarlıq edib ki, tətik mexanizmindən istifadə etmək üçün vaxt daralır.

İranın Xarici İşlər Nazirliyi isə tətik mexanizmi işə salınarsa, cavab verəcəyi ilə hədələyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar