SON XƏBƏRLƏR

Tramp: “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə ilk tədarükü başlayıb

2025.07.16, 10:15
Tramp: “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə ilk tədarükü başlayıb

Amerika Prezidenti Donald Tramp NATO-nun silah müqaviləsi çərçivəsində Ukraynaya ilk "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına başlanıldığını bəyan edib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.

Əvvəllər bildirilirdi ki, NATO ölkələri Ukraynanı öz arsenallarından silahlarla təmin edəcək və ehtiyatlarını artırmaq üçün Amerika ilə yeni tədarüklər üçün müqavilələr bağlayacaq.

Tramp həmçinin qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqların növbəti raundunun təcili keçirilməsini zəruri hesab etmir.

"Onlar (İran hakimiyyəti - red.) danışıqlar aparmaq istəyirlər. Mən danışıqlara tələsmirəm, çünki biz onların nüvə obyektini məhv etmişik", - Ağ Ev rəhbəri bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar