SON XƏBƏRLƏR

Aİ-nin maliyyə inkişafı proqramında Ukraynaya 88 milyard avro yardım nəzərdə tutula bilər

2025.07.16, 11:01
Aİ-nin maliyyə inkişafı proqramında Ukraynaya 88 milyard avro yardım nəzərdə tutula bilər

Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün gələcək Çoxillik maliyyə inkişafı proqramına Ukraynaya 88 milyard avro məbləğində yardım daxil edilə bilər.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri sənəd layihəsinə istinadən məlumat yayıb.

Bundan əlavə, "Qlobal Avropa" yardım proqramına 190 milyard avro, Avropa Rəqabətlilik Fondunun proqramına isə 522 milyard avro məbləğində vəsaitin ayrılması planlaşdırılır.

Qeyd olunub ki, yeni büdcə "daha çevik" olacaq, bu isə Aİ-nin böhranlara daha tez reaksiya verməsinə imkan yaradacaq.

Bundan başqa, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa Komissiyasının gəlirlərinin artırılması üçün yeni tədbirlər təklif etmək niyyətindədir. Qəzetin məlumatına görə, xüsusilə, tütün məmulatlarına və dövriyyəsi 50 milyon avrodan çox olan şirkətlərə əlavə vergilər tətbiq ediləcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar